Qubada elektrik dirəyində yanğın — Bir neçə kənd işıqsız qaldıbackend

Qubada elektrik dirəyində yanğın — Bir neçə kənd işıqsız qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə rayonun Talabıqışlaq kəndində qeydə alınıb.

Yanğın nəticəsində naqillər sıradan çıxıb. Bu səbəbdən hazırda rayonun bir neçə kəndi işıqsız qalıb. Məsələ ilə bağlı Quba Rayon Elektrik Şəbəkəsinin rəsmisi Kamran Babayev \”Report\”un yerli bürosuna verdiyi açıqlamada bildirib ki, elektrik dirəkləri və xətləri Sovet dövründən qalmadır və köhnə naqillər sıradan çıxaraq qısaqapanma yaranıb və bu səbəbdən yanğın baş verib: \”Elektrik enerjisinin verilişi yaxın saatlarda bərpa olunacaq. Hazırda əraziyə texnika və işçi heyəti göndərilib\”.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb. ( report.az )

İnterpress.az