“BATE” – “Qarabağ” matçının hakimləri açıqlandıbackend

“BATE” – “Qarabağ” matçının hakimləri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, avqustun 14-də \”Borisov Arena”da keçiriləcək qarşılaşmanı Latviyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Andris Treymanis olacaq. Ona yan xətt hakimləri Haralds Qudermanis və Alekseys Spasyonnikovs kömək edəcəklər. Oyunda dördüncü hakim funksiyasını isə Aleksandrs Qolubevs yerinə yetirəcək.

Qeyd edək ki, BATE – \”Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyun Belarus təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İnterpress.az