Nostradamusun 2018-ci illə bağlı təxminləri: nələr düz çıxdı və nələr baş verəcək?backend

Nostradamusun 2018-ci illə bağlı təxminləri: nələr düz çıxdı və nələr baş verəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Musavat.com-a istinadən bu kəhanətlərdən bəzilərini yada salıb.

Üçüncü Dünya Müharibəsi Nostradamusun Les Propheties kitabında bəhs edilən ən diqqətçəkən öncəgörmədir. Bu öncəgörməyə görə, 2018-ci ildə Üçüncü Dünya Müharibəsini başladacaq bəzi hadisələr partlayacaq. Nostradamus böyük müharibənin Fransa və Avropada başlayacağını və bundan sonra bütün dünyaya yayılacağını təxmin edir.

Kitabında Üçüncü Dünya Müharibəsini açıqladığı belə bir cümləsi var: “Dünyanın iki böyük gücü arasında bir müharibə çıxacaq və 27 il davam edəcək”.

Bəzi komplo teoriyaçıları hesab edirlər ki, sözügedən müharibə Çin, Rusiya, Cənubi Koreya ittifaqına qarşı ABŞ ilə yaşanacaq.

Nostradamus eyni zamanda 2018-ci ildə Amerikada böyük fəlakətlər yaşanacağını bildirib. Məşhur kahinə görə, Amerikanın qərbində böyük bir zəlzələ meydana gələcək və zəlzələ qlobal miqyasda fəlakətləri sürətləndirəcək.

Maraqlıdır ki, 2016-cı ildə ABŞ Geologi Araşdırmalar Qurumu Cascasia Dalma Zonunda seysmik fəallıq olduğunu təsbit edib. Alimlər də Cascadia Dalma Zonu və Kaliforniyada uzun müddətdir ki, 8 və daha böyük dərəcəli bir zəlzələnin olmadığına diqqət çəkir.

Nostradamusa görə, 2018-ci ildə dünya iri bir göy cismi ilə toqquşacaq. Bu öncəgörmə ilə bağlı kitabda belə bir cümlə yer alır: “Göy üzündə görünəcək bir quyruqlu ulduzla bərabər böyük bir fəlakət baş tutacaq. Nüvə terror və ya təbii fəlakət planeti fəlakətə sala bilər”.

Bir gün dünyaya bir asteroid və ya quyruqlu ulduz düşmə ehtimalı olsa da, NASA ən azından qarşıdakı 100 il boyunca belə bir hadisənin baş tutmayacağını qeyd edir. İnsan ömrünün uzanacağı həqiqətini hamımız bilirik. Amma insanları 200 yaşına və hətta bundan artığına qədər yaşadacaq gəlişmənin 2018-ci ildə baş tutacağı ilə bağlı hələlik hər hansı bir ümid yoxdur.

Amma Nostradamusun kitabında bununla bağlı aşağıdakı detal qeyd edilir: “Tibbdəki inkiaşaf insanların ömrünü 200 ilə qədər uzadacaq”.

Bir çox insan bu cümlədən 80 yaşında bir insanın 50 yaşında görünməsi kimi bir məna çıxarır.

Nostradamusa görə, 2018-ci ildə insanlar heyvanlarla danışa biləcək, uşaq sahibi olmaq istəyən insanlar qanuni icazə almağa məcbur olacaq, dil fərqlilikləri aradan qaldırılacaq və qlobal istiləşməyə görə iri yanğınlar artacaq. Nostradamusun 2018-ci il üçün təxmin etdiyi ən yaxşı məqam isə Qərb dünyasında vergi sisteminin ortadan qaldırılacağı ilə bağlıdır.

İnterpress.az