İranın paytaxtında azərbaycanlı azarkeşlər döyüldü – FOTO – VİDEObackend

İranın paytaxtında azərbaycanlı azarkeşlər döyüldü – FOTO – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə İran çempionatında 3-cü turun oyunları keçirilən zaman azərbaycanlı azarkeşlər zorakılığıa məruz qalıb.

İnterpress.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar da növbəti matçda iştirak ediblər.

Belə ki, Tehranın \”Azadi\” stadionunda baş tutan oyunda Təbrizin “Traktorsazi” klubu Tehranın “İstiqlal” klubu ilə qarşılaşıb. Stadionda Güney Azərbaycandan olan minlərlə azarkeşlər “Traktorsazi” klubunu dəstəkləyiblər. Azərbaycanlı azarleşlər öz klublarına dəstək vermək üçün Anatürkün məşhur sözü olan “Nə mutlu türküm deyənə” şüarını səsləndiriblər.

Klub tərəfdarları stadionda Azərbaycan bayrağını dalğalandırıb, bozqurd işarəsi tutublar.

Oyun başlamazdan öncə şüarlar səsləndirən cənubi azərbaycanlılar fars azarkeşlərin və İran polislərinin təzyiqinə məruz qalıb. Nəticədə bir neçə soydaşımız xəsarət alıb.

Xəsarət alanlar arasında döyülən həmyerlilərimizdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

Belə ki, polisin hücumu zamanı türk azarkeşlərdən digərinin dişi sındırılıb.

Qeyd edək ki, Təbrizin “Traktorsazi” klubu Tehranın “İstiqlal” klubu ilə qarşılaşmada 0:3 hesabı ilə uduzub.

İnterpress.az

İranın paytaxtında azərbaycanlı azarkeşlər döyüldü - FOTO - VİDEO

İranın paytaxtında azərbaycanlı azarkeşlər döyüldü - FOTO - VİDEO