Pəhləvanlarımız Minskdə uğur qazanıblarbackend

Pəhləvanlarımız Minskdə uğur qazanıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizin yığma komandasının tərkibində təmsil olunan DİN İdman Cəmiyyətinin yetirməsi Əli Rəhimzadə keçirdiyi ilk üç qarşılaşmanı böyük üstünlüklə öz xeyrinə başa vuraraq final mərhələsinədək irəliləyib, turnirin gümüş medalını qazanıb.

Təmsilçimizi bu yarışa Cəmiyyətin İdman təlimi şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı İlham Mustafayev hazırlayıb.

İ.Mustafayevin digər yetirməsi Rəsul Səfərov isə Belarusun paytaxtı Minslk şəhərində keçirilən pəhləvan güləşi yarışında fərqlənə bilib, milli yığmamızın medal mücrüsünə daha bir qızıl medal əlavə edib. Belə ki, çəkisi 60 kiloqramadək olan idmançılar arasında yarışan təmsilçimiz rəqiblərindən heç kəsə yenilməyib.

Qadın güləşçilərin yarışında isə DİN İdman Cəmiyyətinin daha bir yetirməsi Səbirə Əliyevə çəkisi 76 kiloqramadək olan idmançılar arasında bürünc medala sahib olub.

***

Bu yaxınlarda Türkiyədə Vehbi Əmrənin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq Qran Pri yarışlarında ölkəmizin təmsilçiləri yüksək nəticə göstəriblər.

Millimizin heyətində güləşən DİN İdman Cəmiyyətinin əməkdaşı, polis leytenantı Kamran Məmmədov ilk qarşılaşmalarda inamlı qələbələr qazanaraq çəkisi 67 kiloqramadək olan güləşçilər arasında bürünc medala sahib olub.

Təmsilçimizi əməkdar məşqçi, polis polkovnik-leytenantı Radik Hüseynov hazırlayıb.

İnterpress.az