Ye və arıqla — Alimlərdən inqilabi üsulbackend

Ye və arıqla — Alimlərdən inqilabi üsul

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az AzərTac-a istinadən xəbər verir ki, qlaukoma xəstəliyinin müalicəsində istifadə olunan dərmanların tərkibindəki xüsusi maddəni qəbul etməklə piylənmənin qarşısını almaq mümkündür. Əzələlərdə aparılan eksperiment göstərib ki, bu maddə piylərin qana sorulmasına imkan vermir və onların orqanizmdən xaric olmasına kömək edir. Gələcəkdə tədqiqat müəllifləri insanlara kökəlmədən qidalanma yollarını öyrədəcəklər. Bu məqsədlə, ilk olaraq, çox yemək və kökəlməməyi təmin etmək üçün həmin möcüzəvi maddənin əsasında xüsusi qida əlavələrinin hazırlanması nəzərdə tutulur. Məlum olduğu kimi, piylənmə orqanizm üçün bir sıra fəsadlar yaradır. Belə ki, bu bəlaya düçar olanlar ürək-damar və həzm sistemləri xəstəliklərinə daha çox tutulurlar. Son tədqiqatlar göstərir ki, piy onkoloji şişlərin yaranması və inkişafı üçün əlverişli mühitdir.
Lakin ekspertlər bu cür kəşflərə əvvəlki kimi, şübhə ilə yanaşırlar. Həkimlərin bir çoxu xatırladır ki, piylər sağlam orqanizmin inkişafına kömək edən zəruri komponentdir. Bu cür maddələrdən çox istifadə edilməsi orqanizmdə deqradasiyaya səbəb ola bilər.

İnterpress.az