“Neftçi” Premyer Liqanın açılış oyununda qalib gəldibackend

“Neftçi” Premyer Liqanın açılış oyununda qalib gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yeni mövsümün açılış matçında “Sumqayit” klubu doğma meydanda – “Kapital Bank Arena”da “Neftçi” komandasını qəbul edib.

Oyunda hesabı qonaqlar açıblar. Matçın 27-ci dəqiqəsində cinah ötürməsini “Neftçi”nin heyətində Mirabdulla Abbasov başla dəqiq tamamlayıb – 0:1.

Qarşılaşmanın 66-cı dəqiqəsində sumqayıtlıların oyunçusu Vurğun Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Azlıqda qalan Sumqayıt təmsilçisi matçın 72-ci dəqiqəsində qapısında ikinci topu görüb.

Emin Mahmudov hesab arasındakı fərqi artırıb – 0:2. Qalan dəqiqələrdə qapılara top vurulmayıb və “Neftçi” yeni mövsümə qələbə ilə başlayıb.

Avqustun 12-də “Qəbələ” ilə “Səbail”, “Keşlə” və “Sabah” komandaları qarşılaşacaqlar.

“Qarabağ” – “Zirə” qarşılaşması ağdamlıların avrokuboklarda iştirakı ilə əlaqədar sentyabrın 29-da oynanılacaq.

İnterpress.az