Hamının öldüyü təyyarə qəzasında 12 yaşlı uşaq sağ qaldıbackend

Hamının öldüyü təyyarə qəzasında 12 yaşlı uşaq sağ qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İsveçrənin “Pilatus Aircraft” aviaşirkətinin kiçik təyyarəsi ilə əlaqə avqustun 11-də İndoneziyanın Papua əyalətinin Oksibila hava limanına enişdən əvvəl itib.

Hava gəmisinin parçalarını bazar günü Papua-Yeni Qvineyada dağın ətəyindən tapıblar.

Qeyd olunur ki, təyyarənin göyərtəsində heyət üzvləri də daxil olmaqla, doqquz nəfər olub. Qəza nəticəsində 12 yaşlı oğlandan başqa hamı ölüb. Uşaq tapılarkən huşsuz vəziyyətdə olub. Bildirilir ki, yaxınlıqdakı kəndlərin sakinləri əvvəlcə güclü uğultu, sonra isə partlayış səsi eşidiblər. Hazırda qəzanın səbəbləri araşdırılır. (Oxu.Az)

İnterpress.az