Avtobus qəza törətdi – Barselonanın azarkeşləri öldübackend

Avtobus qəza törətdi – Barselonanın azarkeşləri öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekvadorda yerli \”Barselona\” klubunun azarkeşlərinin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib.

İnterpress.az \”Report\”a istinadən verdiyi məlumata görə, faciəvi olay Kuenkidən Quyakilə gedən yolda qeydə alınıb. Fanatlar komandanın səfər oyunundan qayıtdıqları vaxt avtobus yoldan çıxaraq aşıb. Nəticədə ən azı 12 nəfər ölüb, daha 30-u yaralanıb.

\”Barselona\”nın Quyakildəki ev arenasında müvəqqəti kilsə qurulub. Orada insanlar ölənlərin xatirəsini yad edə bilərlər.

İnterpress.az