Türkiyədən sonra Rusiya da – Dollardan imtina edirbackend

Türkiyədən sonra Rusiya da – Dollardan imtina edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ aktivlərinə sərmayələrimizi əhəmiyyətli dərəcədə azaltdıq və azaltmaqda davam edəcəyik. Dollar yerinə də daha çox avro və Çin yuanından istifadə edəcəyik”.

İnterpress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın maliyyə naziri Antuan Sliuanov deyib:

“ABŞ dolları beynəlxalq ticarətdə təhlükəli vasitə olmağa başlayıb. Yanacaq ticarətində də milli valyutaya keçməyi dəyərləndiririk. ABŞ-ın sanksiyaları amerikalılara geri qayıdacaq”.

Xatırladaq ki, bir qədər əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çin, Rusiya, İran, Ukraynayla ticarəti milli valyuta ilə aparmağı planlaşdırdıqlarını demişdi.

İnterpress.az