77 yaşlı Elmira Rəhimova pessimist DANIŞDI: “Doğum günündən zəhləm gedir”backend

77 yaşlı Elmira Rəhimova pessimist DANIŞDI: “Doğum günündən zəhləm gedir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elmira Rəhimova 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olub. Əvvəlcə 1965-ci ildə Azərbaycan Dövlət Musiqi Texnikumunu, 1970-ci ildə isə Azərbaycan Dövlət Dillər İnstitutunu bitirib. 50-ci illərin sonunda hind mahnılarının məşhur ifaçısı kimi tanınıb, Hindistanın Baş Naziri C.Nehrunun dəvəti ilə iki dəfə (1957-59, 1961) Hindistanda olub, hind mahnı və rəqslərini öyrənib. Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa edib. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib. Anand adında bir oğlu və iki nəvəsi var.

İnterpress.az xəbər verir ki, Modern.az doğum günündə Xalq artisti ilə əlaqə saxlayaraq, təəssüratlarını öyrənib. Elmira xanım bildirib ki, doğum günlərini keçirməyi sevmir:

“Mənim doğum günlərindən zəhləm gedir. Bilirsiniz, ömür boyu yollarda olmuşam, müxtəlif ölkələri gəzmişəm.

Kollektivimizdə də çox adam olub. Bir insana da doğum günümü bildirməmişəm və bu günü də qeyd etməmişəm. Ona görə də öz payıma danışıram, bu gündən zəhləm gedir. Vallah, xoşlamıram. Sözlərimi səhv anlamayın. Heç vaxt doğum günümü keçirməmişəm, heç kəsə əziyyət vermək istəmirəm. Allah bütün xalqımıza can sağlığı versin. Sağlam olanda hər şey yaxşı olur”.

E.Rəhimova səhhətinin yaxşı olmadığını deyib:

“Canım sağ deyil. Səhər açılır, dərmanları axşama qədər bir-bir atıram. Artıq hansını nə vaxt atacağımı da bilmirəm. Allah heç kəsin can sağlığını əlindən almasın”.

İnterpress.az