İntihar etmək istəyən məcburi köçkünə 4 otaqlı ev verildibackend

İntihar etmək istəyən məcburi köçkünə 4 otaqlı ev verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, N.Novruzzadə bu barədə “Qafqazinfo”ya məlumat verib.

O qeyd edib ki, intihar cəhdindən sonra komitənin sədri Rövşən Rzayevin qəbulunda olub: “Mənə Kürdəxanıda yeni tikilən binalardan 4 otaqlı mənzil verdi. Mənzilin sənədlərini də təqdim etdi. Dedi ki, bina oktyabr ayına kimi istifadəyə veriləcək. Bundan əlavə, 4 aylıq kirayə pulumu da verdilər”.

Onun sözlərinə bu ilin mart ayında Nizami rayonu Babək 87 ünvanında yerləşən evləri “Yusifoğlu” MMC tərəfindən sökülüb: “ Həmin ünvanda 112 ailə məskunlaşmışdı. Onlardan 54-ü məcburi köçkün idi. 54 nəfərdən 27-sinin kompensasiyasını verdilər, bizi isə beş aydır ki, süründürürlər. Sonunda belə addım atmağa qərar verdim”.

İnterpress.az