XİN: Biz qardaş Türkiyə xalqına hər zaman dəstəyikbackend

XİN: Biz qardaş Türkiyə xalqına hər zaman dəstəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Azərbaycan Türkiyə ilə iqtisadi münasibətlərinə də xüsusi önəm verir və bu əlaqələrin inkişafına qarşılıqlı sərmayə qoyuluşları, ikitərəfli ticarət, regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrində iştirakla öz töhfəsini verməkdədir:

\”Ölkəmiz Türkiyənin iqtisadiyyatına sərmayə qoyuluşlarının davamı ilə yanaşı, Türkiyə iqtisadiyyatında yaxından iştirakını davamlı olaraq artırmaqdadır.
Azərbaycan Türkiyənin, öz növbəsində, son illər həyata keçirdiyi meqa layihələrin yaxın zamanlarda Türkiyənin və regionun iqtisadiyyatı və təhlükəsizliyinə əlavə imkanlar təmin edəcəyini hesab edir və sarsılmaz Türkiyə iqtisadiyyatının gələcəyinə tam əmindir. Azərbaycan hər zaman olduğu kimi, bütün sahələrdə qardaş Türkiyə xalqı və dövlətinə hərtərəfli dəstəyini davam etdirəcək\”.

İnterpress.az