Tarixi Konvensiya “Euronews”da – Dünyaca məşhur kanaldan geniş süjetbackend

Tarixi Konvensiya “Euronews”da – Dünyaca məşhur kanaldan geniş süjet

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Xəzəryanı dövlətlərin dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində keçirilən V Zirvə toplantısı “Euronews” kanalında yayımlanıb.

Süjetdə qeyd olunur ki, Qazaxıstanda Xəzəryanı dövlətlərin Zirvə toplantısı tarixi sənədin – Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması ilə başa çatıb. Sənədi beş dövlət – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan liderləri imzalayıb.

Konvensiya üzərində işlər 20 ildən çox vaxt aparıb. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev sənədi Xəzər dənizinin konstitusiyası adlandırıb. Sənədə əsasən Xəzər dənizinin su səthinin əsas sahəsi tərəflərin ümumi istifadəsində qalacaq, Xəzərin dibi isə ikitərəfli razılaşmalar əsasında, beynəlxalq hüquqa riayət olunmaqla qonşu dövlətlər arasında bölüşdürüləcək.

Konvensiyada gəmiçilik, balıqçılıq, elmi araşdırmalar və magistral kəmərlərin çəkilməsinə dair məsələlər öz əksini tapıb. Genişmiqyaslı dəniz layihələrinin reallaşdırılması zamanı ekoloji amil mütləq nəzərə alınacaq.

İnterpress.az