Xəbərdarlıq: Mobil telefonunuzla şəkil və videolarınızı çəkə bilərlərbackend

Xəbərdarlıq: Mobil telefonunuzla şəkil və videolarınızı çəkə bilərlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Kryptowire\” Mobil Təhlükəsizlik Qurumunun təhlükəsizlik üzrə ekspertləri məşhur Android smartfonların proqram təminatı və tətbiqlərində 47 zəif cəhəti aşkarlayıblar.

İnterpress.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu barədə \”The Bleeping Computer\” məlumat yayıb.

Mütəxəssislər əmindirlər ki, smartfonların azı 25 modelinin sistemə girişində boşluqlar var. Tapılmış zəif xüsusiyyətlərdən bəziləri hakerlərə cihazın beyninə nüfuz edərək problem yaratmaq imkanı verir. Ən təhlükəli səhvlər hakerlərə imkan verir ki, onlar hücuma məruz qalmış (şifrəsi qırılmış) telefon vasitəsilə SMS göndərərək ekranın köməyi ilə şəkil və videoçəkilişləri həyata keçirsinlər. Eyni zamanda istifadəçinin kontaktlarının siyahısını ələ keçirib onların telefonuna hər hansı proqramları yükləsinlər.

Bu səhvlər Vivo, SKY, Plum, Orbic, Oppo, MXQ, Leagoo, Doogee və Coolpad şirkətlərinin istehsalı olan cihazlarda aşkarlanıb. Bundan əlavə, ekspertlər daha məşhur brendlərdən — LG G6, Sony Xperia L1, Nokia 6 və ASUS ZenFone 3 Max —dan olan telefonların da proqram təminatındakı təhlükəli zəif cəhətləri tapıblar.

\”Bazarda yüzlərlə model mobil telefonlar və onların minlərlə saxta versiyaları var. Buna görə də, əllə həyata keçirilən heç bir test və qiymətlər əvvəlcədən quraşdırılmış tətbiqlərdəki və saxta mobil telefonlardakı zəiflikləri aşkarlamaqla problemi həll etmək gücündə deyil\” — deyə Kryptowire-in baş direktoru Angelos Stavru (Angelos Stavrou) bildirib.

Əvvəllər belə məlumatlar yayılmışdı ki, hakerlər yönləndirici proqramlara giriş əldə etməklə istifadəçilərin bank rekvizitlərini oğurlamağı öyrəniblər. Hakerlər qurbanlarını istifadəçilərin öz məlumatlarını təqdim etdiyi maliyyə təşkilatlarının saxta saytlarına yönləndirirlər. Bu yolla onların telefon məlumatlarını əldə edir və öz cinayət əməllərini törədirlər.

\”Kryptowire\” Mobil Təhlükəsizlik Qurumunun təhlükəsizlik üzrə ekspertləri məşhur Android smartfonların proqram təminatı və tətbiqlərində 47 zəif cəhəti aşkarlayıblar.

İnterpress.az Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə \”The Bleeping Computer\” məlumat yayıb.

İnterpress.az