Xəzəryanı ölkələrin XİN müavinləri Azərbaycanda görüşəcəklərbackend

Xəzəryanı ölkələrin XİN müavinləri Azərbaycanda görüşəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az -ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov deyib.

Nazir bildirib ki, qəbul olunmuş razılaşmalara əsasən bu görüş altı aydan gec olmayaraq keçirilməlidir.

Onun sözlərinə görə, bu məsləhətləşmələr Konvensiyada göstərilən razılaşmaların reallaşdırılmasına həsr olunacaq.

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib.

Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

İnterpress.az