İlahiyyat İnstitutuna sənəd qəbulu BAŞLADIbackend

İlahiyyat İnstitutuna sənəd qəbulu BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Azərbaycan İlahiyyat İnstitutundan İnterpress.az -a məlumat verilib.

Həmin sənədlər bunlardır:

1. Tam orta təhsil haqqında sənədin (Attestat) əsli və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli və notarial qaydada təsdiq edilmiş surəti (Kollec və ya ali təhsil müəssisəsinin 2017-2018 –ci tədris ili məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom);

2. Abituriyentin Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunması ilə bağlı DİM-in müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (DİM – in saytından çap edilir) (3 nüsxə);

3. Şəxsiyyət vəsiqəsinin əsli və surəti (3 nüsxə);

4. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin əsli və surəti (oğlanlar üçün) – 3 nüsxə;

5. Tibbi (sağlamlıq haqqında) arayış (Forma 086);

6. Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə – 6 ədəd;

7. Həmçinin qeydiyyat zamanı tələbənin iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN) özündə olmalıdır.

Sənəd qəbulu zamanı abituriyent öz ərizəsini təsdiq etmək üçün iş nömrəsini və şifrəsini təqdim etməklə mütləq elektron qeydiyyatdan keçməlidir.

Sənədlərin qəbulu 2018-ci ilin avqust ayının 16-dan 28-dək hər gün (şənbə , bazar və bayram günləri istisna olmaqla) saat 10:00-17:00–dək Yasamal rayonu Əhməd Cəmil küç. 41A – da (Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binasında) aparılacaqdır.

İnterpress.az