Çavuşoğlu və Lavrov Qarabağ münaqişəsini müzakirə etdibackend

Çavuşoğlu və Lavrov Qarabağ münaqişəsini müzakirə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az -ın \”Report\”a istinadən məlumatına görə, bunu Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında Rusiyanın XİN başçısı Sergey Lavrov bildirib.

\”Bir çox – Yaxın Şərq və Şimali Afrika regionundakı, Balkan yarımadasındakı, Ukrayna, Dağlıq Qarabağ və s. münaqişələrin sülh yolu ilə nizamlanmasıyla bağlı vəziyyəti analoji mövqelərdən nəzərdən keçirdik\”, – S.Lavrov deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin ölkəsinə qarşı sanksiyalara qoşulmamasını da alqışlayıb.

Qeyd edək ki, görüş zamanı tərəflər Rusiya və Türkiyə arasında qarşılıqlı viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə ediblər. Eyni zamanda, nazirlər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar, o cümlədən İdlib ətrafındakı vəziyyət də daxil olmaqla, Suriyanı nəzərdən keçiriblər.

İnterpress.az