Ermənistanda qeyri-sabitlik pik həddə: Kütlə eks-prezidentə hücum etdibackend

Ermənistanda qeyri-sabitlik pik həddə: Kütlə eks-prezidentə hücum etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerevanda mitinqçilər Ermənistanın eks-prezidenti Robert Köçəryanın mətbuat konfransının keçiriləcəyi binaya daxil olaraq tədbirin baş tutmasına imkan verməyiblər.

Sputnik Ermənistan xəbər verir ki, ötən gün Apellyasiya Məhkəməsi Koçaryanın həbsinin qanunsuz olduğu barədə qərar çıxararaq onun azadlığa buraxılmasını təmin edib.

Yerevanın mərkəzindəki \”Erebuni plaza\”nın binasının qarşısında keçirilən etiraz aksiyasının iştirakçıları biznes-mərkəzin binasına daxil olaraq mətbuat konfransının keçiriləcəyi doqquzuncu mərtəbəyə qalxıblar.

Onların bir hissəsi liftlə qalxmağa cəhd ediblər. Baxmayaraq ki, mətbuat konfransının keçirildiyi zalın qapısı polis tərəfindən bağlanıb, bir neçə nəfər zala daxil ola bilib.

Mitinqçilər zala buraxılmalarını tələb edərək qapını döyməyə başlayıblar. Koçaryan özü isə konfransın keçiriləcəyi yerə gəlməyib. Daha sonra mitinqçilər \”qatil\” şüarları altında zala daxil olublar.

Onlar Koçaryanın oturacağı stola çıxaraq \”Qatil Robert\” deyə qışqırıblar.

Aksiya fəallarından biri olan David Petrosyan deyib ki, Ermənistanda artıq inqilab baş verib və əks-inqilaba yer yoxdur. Onun sözlərinə görə, Ermənistanda istənilən anda ədaləti bərpa etməyə hazır olan azad vətəndaşlar var.

Vardges Qaspari adlı aksiyaçı isə 2008-ci ilin 1 martında ölənlərin şəkilləri ilə daxil olub.

Aksiya iştirakçıları mətbuat konfransının baş tutmadığını və binanı tərk etmək lazım gəldiyini bəyan ediblər. Beləliklə, onların da aksiyası başa çatıb.

Bundan sonra, aksiyaçılar \”ömürlük\” qışqırıqlarının sədaları altında mətbuat konfransının keçiriləcəyi salonu tərk ediblər.

Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan mətbuat konfransının dağıdılması ilə bağlı bəyanat yayacaqlarını açıqlayıb.

Xatırladaq ki, Ermənistanın ikinci prezidenti iyulun 28-də məhkəmənin qərarı ilə həbs edilib. O, 2008-ci ildə Konstitusiya quruluşunu pozmaqda günahlandırılır. Söhbət 2008-ci ilin 1-2 mart hadisələrindən gedir. Həmin vaxt keçirilən prezient seçkilərindən sonra Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarları Mərkəzi Seçki Komissiyasının elan etdiyi nətiləri tanımaqdan imtina edərək Yerevanın küçələrinə çıxmışdı. Paytaxtda nümayişçilərə qarşı hərbi silahlardan istifadə edilmiş, nəticədə 10 nəfər öldürülmüşdü.

İnterpress.az