Azərbaycanın 4 rayonunda su kəsiləcəkbackend

Azərbaycanın 4 rayonunda su kəsiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının 3 rayonunda, eləcə də Hacıqabul rayonunda su kəsiləcək.

Bu barədə İnterpress.az-a “Azərsu” ASC-dən daxil olan məlumatda deyilir.

Bildirilir ki, son günlər intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq səviyyəsinin yüksəlməsilə əlaqədar Bakı şəhərinin Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə, həmçinin Hacıqabul rayonunun yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

İnterpress.az