Qəhvəyə aludəçilik beyni qurudur – Çox içməyinbackend

Qəhvəyə aludəçilik beyni qurudur – Çox içməyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, kofemanların beyninin bir hissəsində müəyyən şöbə kiçilir. Bu hissə məhz yuxu tənzimi ilə bağlı hissədir.
Alimlər təcrübələrini 162 könüllü üzərində aparıblar. Onlar gündə neçə fincan qəhvə içdiklərini və nə qədər yatdıqlarını bildiriblər. İştirakçıların beyni MRT-vasitəsilə skan olunub.

Çox qəhvə içənlərin beyninin şişə bənzər vəzisinin 20% kiçildiyini görüblər. Bu vəz istirahət və yuxu üçün vacib olan melotonin hormonunu ifraz edir. Lakin normada və az qəhvə içənlərdə həmin vəz və beyinin həmin hissəsi normada olmuşdur.

Məlumdur ki, yaş artdıqca insanlarda da yuxu problemi yaranır. Yaşla əlaqədar insanın beyninin də müəyyən qədər kiçilməsi müşahidə olunur.

Ona görə kofemanlar vaxtında bu vərdişlərindən əl çəkib, günə 1-2 fincan qəhvə ilə kifayətlənsinlər. (Medicina.az )

İnterpress.az