Trampın oteli məhkəməyə verildibackend

Trampın oteli məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Publika.az-a istinadən ABŞ-ın Çikaqo şəhərində yerləşən qala və otelin federal ekoloji qanunları pozduğu bildirilir.

Məlumata görə, İllinoys Prokuroru Lisa Madigan tərəfindən baxılan işdə həmin obyektlərin kondisioner sistemlərinin gündə Çikaqo çayından 75 milyon tondan çox su götürdüyü bildirilir. Həmin suyu 35 dərəcə isidərək yenidən çaya qaytarır.

Bununla da həmin obyektlərin şəhərdəki canlı təbiəti riskə atdığı və federal ətraf mühit qanunlarını pozduğu bildirilir. Çayın suyunun icazəsiz istifadə edildiyi vurğulanır. 92 mərtəbəli binanın idarəçilərinin bu prosesin çaydakı canlı aləmə zərərini nəzərə almadıqları bildirilir.

Məhkəmədə icazə kağızının bir ildir yenilənmədiyi iddia edilir. Otel rəsmiləri isə bu iddianın siyasi olduğunu irəli sürür.

İnterpress.az