Cavuşoğlu Vaşinqtona bir daha müraciət etdibackend

Cavuşoğlu Vaşinqtona bir daha müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”ABŞ Türkiyə ilə dialoqa qayıtmalıdır, ona qarşı təhdid və təzyiqlər xaosa aparır\”. İnterpress.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında bildirib.

\”Türkiyəyə qarşı hücumla əlaqədar Avropa ölkələri də daxil olmaqla narahatlıq var. Biz dolların təzyiqini görürük. Bu onun nüfuzuna təsir edir. ABŞ bu yanlış mövqedən imtina etməlidir. Türkiyənin sabitliyi Avropa İttifaqı üçün önəmlidir: Bu gün Türkiyəyə qarşı sanksiyalar sabah istənilən Avropa ölkəsinə qarşı tətbiq oluna bilər. Bu, xaos yaradır. Əgər ABŞ beynəlxalq nüfuzunu saxlamaq istəyirsə, digər ölkələrin fikirlərinə də hörmətlə yanaşmalı və nəzərə almalı, Türkiyə ilə dialoqa qayıtmalıdır\”, — deyə Çavuşoğlu bildirib.

O vurğulayıb ki, Türkiyə ABŞ və ya digər hansı bir ölkə sanksiya tətbiq edəndə buna qarşı olub: \”Biz Rusiyaya qarşı sanksiyaları dəstəkləməmişik. Biz dərhal dedik ki, İrana qarşı sanksiyalara qatılmayacağıq. Əgər hər hansı bir ölkə birtərəfli qaydada qərar verirsə, onda bu, digər ölkələrin buna avtomatik qoşulması anlamına gəlmir\”.

İnterpress.az