Yəhudi alimlərdən İNANILMAZ KƏŞF: Cəmi 1 iynə ilə xərçəngə sonbackend

Yəhudi alimlərdən İNANILMAZ KƏŞF: Cəmi 1 iynə ilə xərçəngə son

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Biotexnik Şirkətinin mütəxəssisləri xərçəng xəstələri üçün peyvəd kəşf edib. Bu peyvənd düz 90 faiz xəstələrdə xərçəngin yayılmasının qarşısını alacaq.

Artıq 2018-ci ildən etibarən xərçəng əleyhinə peyvənd nəinki onkoloji xəstələrin müalicəsində, eləcə də profilkatik məqsədlərlə istifadə olunacaq.

Qeyd edək ki, bu peyvənd əsasən qan xərçəngindən əziyyət çəkən xəstələr üçün nəzərdə tutulub. Lakin xəstələr üzərində müsbət təsirini göstərərsə, bütün onkoloji xəstəliklərin sağaldılmasında da tətbiq olunacağı gözlənilir.

Xərçəng xəstəliyi bədənə yayılanda orqanizm düzgün fəaliyyət göstərmədiyini anlayır, ancaq özünü bərpa etməkdə aciz qalır. Bunun əsas baş verəmə səbəbi odur ki, xərçəngli hüçeyrələr də bədənin öz hüceyrələridir.

Hazırlanmış vaksin isə orqanizmin immun sistemini gücləndirir. Bədənə təhlükə ilə mübarizə aparmağa güc verir. Həmçinin onkoloji xəstəliyə hələ yoluxmayan insanlar da özlərini bu peyvənd vasitəsilə xərçəng təhlükəsindən qoruya biləcəklər.

Ümid edək ki, bu peyvənd milyonlarla insanı əzablı ölümdən qurtaracaq. (publika.az)

İnterpress.az