Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşlar bərpa edilirbackend

Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşlar bərpa edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 28-dən \”Azərbaycan Hava Yolları\” QSC (AZAL) Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysləri bərpa edəcəkdir.

Qurumdan İnterpress.az-a verilən məlumata görə, aviareyslər (J2-223/J2-224) baqajın, əl yükünün ödənişsiz daşınması və qidalanma daxil olan klassik daşıma sxemi üzrə həyata keçiriləcək.

Bunun üçün Airbus A319 / A320 tipli hava gəmilərindən istifadə olunacaq. Uçuşlar hər həftənin çərşənbə axşamı və bazar günləri, Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından baş tutacaq.

AZAL-ın klassik reysləri sərnişinlərə milli aviadaşıyıcının marşrut şəbəkəsinə daxil olan digər şəhərlərinə tranzit uçuşları daha rahat planlaşdırmaq imkanı verəcək, həmçinin iş adamlarına adətən aşağıbüdcəli reyslərdə nəzərdə tutulmayan biznes-sinifdə yer əldə etmək imkanı yaradacaq.

Xatırladaq ki, 2017-ci ilin sentyabr ayından bu marşrut üzrə uçuşları yalnız AZAL-ın struktur bölməsi olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən yerinə yetirirdi.

İnterpress.az