Müsabiqədən keçə bilməyən müəllimlər boş yerlərə işə götürüləcək – RƏSMİbackend

Müsabiqədən keçə bilməyən müəllimlər boş yerlərə işə götürüləcək – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müəllimlərin işə qəbulu üzrə müsabiqə ilə bağlı yeniliklər olub. Yeniliklər müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra boş qalan yerlərə təkrar olaraq müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulunun həyata keçirilməsindən ibarətdir.

Bu barədə İnterpress.az-a Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Belə ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi də bitdikdən sonra ikinci tura start veriləcək. İkinci turda boş qalan vakant yerlər üçün təkrar olaraq müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu həyata keçiriləcək.

Məlumatda qeyd olunur ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra boş qalan yerlərə İnsan Resursları Mərkəzi tərəfindən mərkəzləşmiş qaydada proqram təminatı tətbiq olunmaqla müddətli müqavilə ilə müəllimlərin işə götürülməsi prosesinin həyata keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda, tədris prosesi başlananadək müəllimlərin işə qəbulu prosesinin başa çatması və müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun mərkəzləşmiş və elektron qaydada təşkili məqsədilə verilən bu qərar açıqlandıqdan sonra vətəndaşlar tərəfindən Təhsil Nazirliyinə, İnsan Resursları Məkəzinin rəsmi facebook səhifəsinə ( https://www.facebook.com/EduAzIRM/ ) ikinci turun bərpa edilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olub.

\”Vətəndaşların müraciətləri araşdırılıb və onların xahişi ilə müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra boş qalan yerlərə ikinci turun – müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulunun həyata keçirilməsi barədə qərar qəbul olunub. Müsabiqə başa çatdıqdan sonra ikinci turun keçiriləcəyi tarix barədə məlumat veriləcəkdir\” – deyə, məlumatda vurğulanır.

Qeyd edək ki, avqustun 13-də start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Müsahibə mərhələsi avqustun 18-dək davam edəcək. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaqdır.

Səid Qərib
İnterpress.az