Ərdoğanın mətbuat katibi: ABŞ Türkiyəni bir rahibə dəyişdibackend

Ərdoğanın mətbuat katibi: ABŞ Türkiyəni bir rahibə dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

“Onlar bizim PKK-ya münasibətimizi gözəl anlayırlar və nəsə etməyə söz verirlər, lakin əslində bizi qane edən tərzdə fəaliyyət göstərmirlər. FETÖ ilə də problem həll olunmur, bu təşkilatın rəhbəri hələ də ABŞ-dadır, orada onun məktəbləri işləyir, fəaliyyəti davam edir”, – Kalın bildirib.

O əlavə edib ki, bu “yalnız emosional aspekt deyil, söhbət bizim milli təhlükəsizliyimizdən gedir”, bununla belə Ankara Amerika tərəfi ilə razılığa gəlmək cəhdlərindən əl çəkmir.

“Biz amerikalı həmkarlarımızla danışıqları davam etdiririk – prezident də, səfirimiz də, mən də. Orada göstərməyə çalışırlar ki, guya məhz Türkiyə məsələyə qeyri-konstruktiv yanaşır, lakin bu təbliğatdır. Biz bütün məsələləri danışıqlar yolu ilə həll etməyə hazırıq”, – türkiyə prezidentinin mətbuat katibi deyib.

İnterpress.az