BDU-ya qəbul olan abituriyentlər üçün mühüm xəbər – RƏSMİbackend

BDU-ya qəbul olan abituriyentlər üçün mühüm xəbər – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinə 2018/2019-cu tədris ilində qəbul olunmuş abituriyentlərin qeydiyyatdan keçmək üçün hansı sənədləri təqdim etmələri barədə məlumat açıqlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib.

O bildirib ki, BDU-ya qəbul olmuş abituriyentlər qeydiyyatdan keçmək üçün bir neçə sənədləri təqdim etməlidirlər.

İnterpress.az Bakı Dövlət Universitetinə 2018/2019-cu tədris ilində qəbul olunmuş abituriyentlərin qeydiyyatdan keçmək üçün önəmli olan sənədlərinin siyahısını təqdim edir:

1. Abituriyentin Bakı Dövlət Universitetinə qəbul olunması haqqında DİM-in müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (2 nüsxədə). (DİM-in saytından çap edilir).

2. Attestat və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli.

3. Şəxsiyyət vəsiqəsinin əsli və surəti (2 nüsxədə).

4. Çağırış məntəqəsinə təhkim edilmə haqqında şəhadətnamənin əsli və surəti (oğlanlar üçün).

5. Tibbi arayış (Forma 086).

6. Fotoşəkil (Rəngli, 3×4 ölçüdə, 6 ədəd).

Dövlət sifarişi və ya ödənişli əsaslarla qəbul olunan abituriyentlə müqavilə bağlanılacaq (2 nüsxədə).

Sənəd qəbulu zamanı abituriyent öz ərizəsini təsdiq etmək üçün iş nömrəsini və Şəxsi kabinetinin istifadəçi adı (FİN) təqdim etməklə mütləq elektron qeydiyyatından keçməlidir (elektron qeydiyyat BDU-nun Yeni korpusu, 1-ci mərtəbə, otaq 108-də aparılacaqdır).

Sənədlərin qəbulu avqust ayının 16-dən 28-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9:00-17:00–dək BDU-nun əsas binasının 1-ci mərtəbəsində keçiriləcəkdir.

*Qeyd:

Ödənişli əsaslarla BDU-ya qəbul olunmuş abituriyentlər aşağıdakı hallarda təhsil haqqının ödənilməsindən (müvafiq sənədlər təqdim etməklə) azad olunurlar:

– Məcburi köçkün statusu olanlar;

– Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər;

– Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları”.

Səid Qərib
İnterpress.az