ABŞ hökumət sistemini DƏYİŞİR – Sanksiyalar SƏBƏBİLƏbackend

ABŞ hökumət sistemini DƏYİŞİR – Sanksiyalar SƏBƏBİLƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın imzaladığı Təhlükəsizliyin Səlahiyyətləndirilməsi Qanunu çərçivəsində Çin istehsalı “Huavei” və ZTE markalı mobil telefon və cihazlar hökumət qurumlarında, həmçinin, bu qurumlarla işləyən şirkətlərdə işlədilməyəcək.

İnterpress.az Publika.az-a istinadən xəbər verir ki, ABŞ ilə Çin arasında ticarət müharibəsinin rəsmiləşməsindən öncə fiber-casusluq etdiyinə və İrana tətbiq edilən embarqonu qırdığına görə ZTE bənzəri bir qadağaya məruz qalmışdı. “Huavei”nin də eyni taleyi gözlədiyi bildirilmişdi. Qısa müddət sonra ZTE ali idarəsini dəyişdirməyi və cərimə ödəməyi qəbul edərək amerikalılarla işləmiş və beləliklə hökumət idarələrindəki qadağa aradan qalxmışdı.

Lakin Donald Tramp yenidən bu qadağanı tətbiq edib və gələn ildən etibarən prosesin başlanılmasını tələb edib.

ABŞ hökumət sistemini DƏYİŞİR - Sanksiyalar SƏBƏBİLƏ

Qadağadan sonra Federal Əlaqələr Komissiyası da daxil olmaqla, bir çox hökumət qurumunun infrastrukturunun və sistemlərinin dəyişdirilməsi gözlənilir.

“Huavei” qanunla bağlı verdiyi açıqlamada bu maddənin faydasız, yanlış istiqamətləndirilmiş və konsitutsiyadan kənar olduğunu bildirib.

İnterpress.az