Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Azərbaycana gələnlərin və ölkədən gedənlərin sayı açıqlanıb

Bu il Azərbaycana gələnlərin və ölkədən gedənlərin sayı açıqlanıb.

Dərc edilib: 16 avqust 2018 [10:40]
Baxış sayı: 1945

Bu ilin 6 ayında daimi yaşamaq üçün Azərbaycana gələnlərin və ölkədən gedənlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən İnterpress.az-a verilən məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1859 nəfər Azərbaycana gələn, 684 nəfər isə Azərbaycandan gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1175 nəfər təşkil edib.

Qeyd edək ki, 2017-ci ildə daimi yaşamaq üçün Azərbaycana 3073 nəfər gələn və 1901 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1172 nəfər təşkil edib.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112