Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

İdman   Video  

“Atletiko” UEFA Super Kubokunun qalibi oldu - VİDEO

UEFA Super Kubokunun qalibi müəyyənləşib.

Dərc edilib: 16 avqust 2018 [11:00]
Baxış sayı: 4270

İnterpress.az xəbər verir ki, həlledici qarşılaşmada iki Madrid təmsilçisi – ÇL-in qalibi “Real” və Avroliqanın qalibi “Atletiko” üz-üzə gəliblər.

Matç Tallində keçirilib.

“Real” görüşün 1-ci dəqiqəsində Diyeqo Kostanın vurduğu qolla məğlub duruma düşsə də, Kərim Benzema hələ fasiləyə qədər hesabı bərabərləşdirib.

İkinci hissədə isə Serxio Ramos penalti zərbəsi ilə “Real”ı hesabda irəli çıxarıb. Amma yenə də Diyeqo Kosta tarazlığı bərpa edib – 2:2.

Qalan dəqiqələrdə tərəflər fərqlənə bilməyiblər və hakim əlavə vaxt təyin edib.

Görüşün bu hissəsi isə “Atletiko”nun üstünlüyü ilə keçib. “Real”ın qapısına daha 2 dəfə (Saul və Koke) yol tapan “Atletiko” 4:2 hesabı ilə qalib gəlib və fəxri mükafata sahib çıxıb.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112