Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


DİM 596 bal toplayan abituriyenti niyə kəsdi? - Ekspertdən ŞOK AÇIQLAMA

Seçdiyi bütün ixtisaslar üzrə keçid balı toplayan abituriyent ali məktəbə qəbul ola bilməyib.

Dərc edilib: 16 avqust 2018 [11:16]
Baxış sayı: 89763

Azərbaycanda Əsgəri İbrahim Əli oğlu adlı abituriyent qəbul imtahanında 596 bal yığmasına və seçdiyi ixtisasların bir çoxuna tələb olunan keçid balını keçsə də heç bir yerə qəbul ola bilməyib.

İnterpress.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. O, 15 illik təcrübəsində ilk dəfədir ki, belə bir halla qarşılaşdığını bildirib. Ekspert buna görə, Dövlət İmtahan Mərkəzini ittiham edib.

"Çox təəccüblü bir məsələ ilə qarşılaşdım. Mənə bir abituriyent müraciət edib. Deməli, bu şəxs 596 bal toplayıb. Seçdiyi ixtisaslardan bir neçəsinə tələb olunan keçid balı keçsə də heç bir yerə qəbul olmayıb. Yəni 15 illik təcrübəmdə belə şey görməmişəm. Elektron ərizəsində görünür ki, seçdiyi neçə yerin keçid balını keçib. Amma heç bir yerə daxil olmayıb. Deyəsən DİM sürüşdürüb", - deyə o, bildirib.

İnterpress.az
DİM 596 bal toplayan abituriyenti niyə kəsdi? - Ekspertdən ŞOK AÇIQLAMA










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112