Bakıda avtobus dayanacağını zəbt etdilər – FOTObackend

Bakıda avtobus dayanacağını zəbt etdilər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xətai rayonunun İnqilab İsmayılov küçəsində avtobus dayanacağının ətrafı zəbt edilib. Bununla bağlı daxil olan vətəndaş müraciəti əsasında əraziyə baxış keçirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, baxış nəticəsi9ndə müəyyən edilib ki, məlum olmayan səbəbdən dayanacağın ətrafı hasarlanıb. Nəticədə dayanacaq pavilyonunun şüşələri qırılıb, dirəklər zədələnib.

Bununla da sərnişinlərin ora daxil olması təhlükəli hal alıb. Vətəndaşlar məcburi qaydada yolun hərəkət hissəsinə çıxırlar ki, bu da onların təhlükəsizliyi baxımından ciddi problemdir.

İnterpress.az

Bakıda avtobus dayanacağını zəbt etdilər - FOTO

Bakıda avtobus dayanacağını zəbt etdilər - FOTO

Bakıda avtobus dayanacağını zəbt etdilər - FOTO

Bakıda avtobus dayanacağını zəbt etdilər - FOTO