UNEC Affiliasiya Proqramına qəbul olunubbackend

UNEC Affiliasiya Proqramına qəbul olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

xəbər verir ki, UNEC Sertifikatlaşdırılmış Maliyyə Analitikləri İnstitutunun (Chartered Financial Analyst – CFA) Universitet Affiliasiya Proqramına qəbul olunub. UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) Maliyyə ixtisası CFA proqramı üzrə üzvlüyə namizədlər üçün nəzərdə tutulan Biliklər Məcmusunun ( CFA Program Candidate Body of Knowledge(CBOK)) ən azı 70 faizinə malik olduğu və proqram çərçivəsində CFA İnstitutunun Etik Qaydalar və Peşəkar Davranış Standartlarının (Code of Ethics and Standards of Practice) tələblərinə cavab verdiyi təsdiqlənib. ISE-nin tədris proqramı tələbələrin maliyyə və investisiya sahəsində dünyanın ən nüfuzlu və tanınmış serifikatı olan Sertifikatlaşdırılmış Maliyyə Analitiki kvalifikasiyasına tam hazırlayır.

Proqrama üzvlük abituriyentlərə, işə götürənlərə və əmək bazarında UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tədris proqramının peşəkar təcrübə ilə sıx bağlı olduğunu və tələbələrin CFA imtahanlarına hazırlaşması üçün tam uyğun olduğunu təsdiqləyir. UNEC bu proqramda iştirak etməklə, hər il CFA proqramı üçün məhdud sayda tələbə təqaüdü almaq hüququ əldə edir.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi haqqında:

2014-cü ildə yaradılan Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisası üzrə bakalavr təhsili Azərbaycanda ən nüfuzlu proqramlardan biridir. Proqram tələbələri müasir maliyyə sistemini anlamaq üçün peşəkar texniki analitik və idarəetmə bacarıqları ilə tamamlanan maliyyə fənləri vasitəsilə hərtərəfli hazırlayır. Proqrama hər il 60 tələbə qəbul edilir. 2018-ci ildə bu proqram üçün keçid balı 658 olub və II ixtisas qrupu üzrə 700 bal toplayan abituriyentlər UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbini seçib. Eləcə də, II ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülənlərin 74 faizi bu proqrama qəbul olunub.

CFA İnstitutu haqqında:

CFA İnsitutu yüksək peşəkarlıq standartlarını təyin edən və CFA Kvalifikasiyası ilə nəzərdə tutulan sənayenin qızıl standartlarını idarə edən investorlar və maliyyə peşəkarlarının qlobal assosiasiyasıdır. Təşkilat, investisiya bazarlarında etik davranış normaları üzrə aparıcı rol oynayır və qlobal maliyyə cəmiyyətində nüfuzlu bilik mənbəyi kimi qəbul edilir. Təşkilatın əsas məqsədi investorların maraqlarının öndə gəldiyi, bazarların ən yaxşı şəkildə fəaliyyət göstərdiyi və iqtisadiyyatın inkişaf etdiyi bir mühit yaratmaqdır. CFA İnsitutunun 166 ölkədə və ərazilərdə 160,000 üzvü və 153,000 CFA kvalifikasiyasına malik olan tam üzvləri var. Daha ətraflı: www.cfainstitute.org

Üzv universitetlərin siyahısı ilə buradan tanış ola bilərsiniz: https://www.cfainstitute.org/en/about/universities/university-affiliation#first=10

CFA Proqramı haqqında:

CFA Proqramı maliyyə analitikləri, portfel menecerləri, investisiya məsləhətçiləri və dünyada mövcud olan digər investisiya mütəxəssisləri üçün bacarıq və səriştə standartlarını və tələbləri təyin edir. CFA kvalifikasiyası investisiya peşəsinə verilən ən nüfuzlu və etibarlı sertifikat kimi qəbul edilib. İngilis dilində həyata keçirilən CFA tədris proqramı və imtahanlar bütün dünyada eynidir. Proqrama qəbul edilən beş namizəddən ən çox biri müvəffəqiyyətlə proqramı tamamlayıraq investisiya üzrə peşəkarların “qızıl standart” kimi qəbul edilən nüfuzlu CFA tam üzvlüyünü qazanmağa müvəffəq olur. (Modern.az)

İnterpress.az