Seyid Talehin zurna ilə ifa etdiyi dini mahnısı izlənmə rekordu qırdı – VİDEObackend

Seyid Talehin zurna ilə ifa etdiyi dini mahnısı izlənmə rekordu qırdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha çox dini mahnılar ifaçısı kimi tanınan Seyid Taleh Boradigahinin zurnanın müşayiəti ilə ifa etdiyi mədhiyyəsi yenidən ölkə ictimaiyyətində birmənalı qarşılanmayıb.

İnterpress.az xəbər verir ki, dini musiqilər ifa edən müğənni bu dəfə də dindar kəsimin qəzəbinə tuş gəlib. Belə ki, T.Boradigahi toy mərasimlərinin birində musiqi aləti olan zurnanın müşayiəti ilə dini mahnı ifa edib. Onun sözügedən musiqi alətinin müşayiəti ilə mədhiyyə oxuması isə dindarlar arasında birmənalı qarşılanmayıb.

Sözügedən musiqinin bir neçə ay bundan əvvəl Sabirabad rayonunda baş tutan dini toy mərasimlərinin birində ifa olunduğu bildirilir.

Bəzi dindarlar zurnanın İslam dinində qadağan olunan musiqi alətlərindən biri olduğunu iddia ediblər.

Eyni zamanda, müğənninin fanatları onun dini mahnılar oxuyan məddah kimi tanındığına görə musiqi alətlərinin müşayiəti olmadan ifa etməsini tələb ediblər.

Qeyd edk ki, daha çox oxuduğu mərsiyyə və rövzələr ilə eyni zamanda, İslam dininin görkəmli şəxsiyyətlərinə həsr olunmuş mahnıları ilə dindar kəsimin rəğbətini qazanan Seyid Taleh Boradigahi bundan əvvəl də musiqi alətlərinin müşayiəti ilə ifa etdiyi daha bir mahnı ilə musiqi aləminə yeni bir janr gətirdiyi deyilirdi.

Xatırladaq ki, Seyid Taleh Boradigahi daha çox qalmaqallı ifaları və fikirləri yadda qalıb.

İnterpress.az