ABŞ mətbuatı Trampa qarşı ayağa qalxdı -350-ə yaxın media quruluşundan ortaq təpkibackend

ABŞ mətbuatı Trampa qarşı ayağa qalxdı -350-ə yaxın media quruluşundan ortaq təpki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mətbuat lap əvvəldən Ağ Evin Tramp kimi siyasi hakimiyyətin elitasından gəlməyən birisini qəbul etmir.

Elə Donald Trampın özü də onlarla barışmaq əvəzinə tam konfrontasiya yolunu seçib və media mənsublarını, demək olar ki, hər gün sosial şəbəkələrdə yağlı sözlərlə “bəzəyir”. Tramp onu müdafiə edən “Fox News” kanalı istisna olmaqla bütün medianı özünə qarşı saxta və yalan xəbərlər yaymaqda, ona iftira atmaqda suçlayır.

Bu gün isə ABŞ-ın milli və lokal səviyyədə 350-yə yaxın qəzeti Trampa qarşı ortaq yayım həyata keçirmək qərarına gəlib.
Prezidentə qarşı göstərilən təşkilatlanmış təpki “Boston Globe” qəzetinin təşəbbüsü ilə başlayıb. Qəzet prezidentin “müstəqil mətbuata qarşı çirkin savaş açdığını” bəyan edib.

“Boston Globe” tərəfindən verilən açıqlamada onların çağırışına 343 qəzetin cavab verdiyi göstərilib. Bunların içində “The New York Times”, “Chicago Sun Times”, “Philadelphia Inquirer” və “Miami Herald” kimi iri tirajlı qəzetlərlə yanaşı, ştatların daxilindəki yerli mediaya aid onlarla KİV mövcuddur. Onların hamısının baş yazıları prezidentin tənqidinə yönəlib.

“Post-Dispatch” qəzeti jurnalistləri ölkəni ən vətənpərvər insanları adlandırıb. “Chicago Sun Times” bir çox amerikalının Donald Trampın sərsəmlədiyinin fərqində olduğunu bildirib. Ağ Evin rəhbərinin bir an öncə durmasını tələb edən “N.C Observer” “nəfəsimizi tutmayacağıq” adlı başlıqla çıxış edib.

ABŞ-ın ən çox satılan qəzetlərindən biri olan “The New York Times” hər kəsi milli və yerli qəzetlərə abunə olmağa çağırıb.
Qəzet baş yazısında yazısında işlətdiyi cümlələr çox diqqətçəkicidir: “İqtidarın yaxşı işlər gördüyü təqdirdə onu tərifləyin. Daha yaxşısını edə biləcəyini düşünürsünüzsə tənqid edin. Biz hamımız bunun içindəyik”- deyə bildirib. (musavat)

İnterpress.az