Türkiyəyə 15 milyardlıq yardım ərəb ölkələrini özündən çıxardıbackend

Türkiyəyə 15 milyardlıq yardım ərəb ölkələrini özündən çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Axar.az-a istinadən xəbər verir ki, Misir, Səudiyyə Ərəbistanı və BƏƏ-nin mediası Qətərin qərarını kəskin tənqid edib. Ərəb mediası Saninin Qətər xalqının 15 milyard dollarlıq vəsaitini Türkiyəni qane etməyə sərf edəcəyini bildirib.

Qətər mediası isə məsələyə fərqli yanaşaraq, hökumətin sözdə deyil, əməldə dəstək olduğunu söyləyib.

Qeyd edək ki, ötən gün Qətər əmiri Şeyx Tamim bin Həməd əs-Sani Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündə bu ölkəyə birbaşa 15 milyard dollarlıq vəsait yatıracaqlarını bəyan edib.

İnterpress.az