Bu il dərslər sentyabrın 15-də başlamayacaqbackend

Bu il dərslər sentyabrın 15-də başlamayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Azərbaycanın ümumtəhsil məktəblərində dərslər sentyabr ayının 15-də başlamayacaq.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, buna səbəb sentyabrın 15-nin şənbə gününə təsadüf etməsidir.

Şənbə istirahət günü olduğuna görə 2018-2019-cu dərs ili sentyabrın 17-də başlayacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə \”Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi\”ndə edilən dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

İnterpress.az