Ermənistanın sabiq baş nazirinin qızının evində axtarışlar başladıbackend

Ermənistanın sabiq baş nazirinin qızının evində axtarışlar başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş baş nazir Ovik Abramyanın qızının evində axtarış aparıblar.

İnterpress.az \”Report\”-a istinadən xəbər verir ki, bir neçə gün öncə O.Abramyanın doğma kəndi Mxçyanda, o cümlədən, ona məxsus şərab-konyak zavodunda axtarışlar həyata keçirilib.

Zavodda silah və döyüş sursatı aşkar edilib. Həmçinin O.Abramyanın qardaşı Conik Abramyan da saxlanılıb.

Qeyd edək ki, Ovik Abramyan uzun illər Ermənistan Respublikaçılar Partiyasının əsas funksionerlərindən biri olub. O, 2008-2014-cü illərdə parlamentin sədri, 2014-16-cı illərdə isə baş nazir olub. Baş nazir vəzifəsindən ayrıldıqdan bir müddət sonra O.Abramyan partiya sıralarını da tərk edib.

İnterpress.az