Təkzib verməyim üçün DİM tutarlı bir sənəd təqdim etməmişdi – Kamran Əsədovbackend

Təkzib verməyim üçün DİM tutarlı bir sənəd təqdim etməmişdi – Kamran Əsədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bildiyiniz kimi dünən mənə abituriyent tərəfindən təqdim olunmuş ixtisas seçimi ərizəsinin müzakirəsi gündəmi zəbt etmiş oldu. 15 avqustda mənə həmən abituriyentin valideynləri tərəfindən müraciət oldu. Məsələ məndə təəccüb yaratdığı üçün onların öz razılığı ilə facebook səhifəmdə paylaşdım. Məqsəd məndən daha təcrübəli olan şəxslərədən məsələnin nə yerdə olduğunu öyrənmək idi. Bu məsələ ilə bağlı yazdığım status da hələ də qalır. Həmin statusdan bir az sonra Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşı əvvəlcə mənə zəng edərək, sonrada “SMS” yazaraq təkzib yazmağımı, bu olmayacağı təqdirdə məni məhkəməyə verəcəyini dedi. Mənə bildirdilər ki, abituriyentin mənə təqdim etdiyi sənəd fotoşopdur”.

İnterpress.az xəbər verir ki, bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov deyib. O qeyd edib ki, DİM-in rəhbəri onun təkzib vermədiyini iddia edir:

“Bunun ardınca mən iki dəfə DİM-in bu məsələ ilə bağlı mövqeyini əks etdirən status yazdım. Baxmayaraq ki, DİM tərəfindən mənə təkzib etmək üçün heç bir tutarlı sənəd, sübut təqdim edilməmişdi. Hətta indiyə qədər də mənə abituriyentin həqiqi nəticəsinin neçə olduğu barədə heç bir məlumat verilməyib. Mən şifahi qaydada deyilən hansısa bir informasiya ilə bağlı təkzib verməli idim?

Baxmayaraq ki, iki dəfə bu məsələ ilə bağlı DİM – in mövqeyini eyni profildə yazaraq qeyd etmişəm.
Bunun ardınca abituriyent, onun valideyinləri ilə saat 12 radə DİM – in inzibati binasının qarşısında görüşdük. Sonra DİM – in əmkdaşı ilə görüşdük və şifahi qaydada bu sənədin saxta – fotoşop olduğunu bildirdi və bizi saat 3 də keçriləcək mətbuat konfransına dəvət etdi.

Saat 15-00-da DİM – in inzibati binasında həmən abituriyentin ailə üzvlərinin və KİV nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirildi. Burada DİM rəhbəri iddia edir ki, mən təkzib verməmişəm:

1.Mətbuat konfransı saat 15-00 da başlayıb və mən buna qədər DİM – in mövqeyinin əks olunduğu və KİV-lərdə də gedən iki status yazmışdım.
2.DİM abituriyentin iddiasının əsassız olduğunu əks etdirən hansısa bir sənəd təqdim etməmişdi ki, o sənəd əsasında mən daha geniş münasibət bildirim.
3.Valideyinlər tərəfindən mənə verilmiş istifadəçi adı və parol ilə onun eketron ərizəsinə girmək mümkün deyildi və bu barədə də DİM rəhbərliyinə mətbuat konfransında bildirdim.
4.Bu məsələnin (ümumiyyətlə təhsillə bağlı istənilən məslənin) facebook hesabında paylaşılması zamanı təkcə məqsəd həmən problemin aydınlaşmasıdır. Mən bununla bağlı kiməsə müraciət etməyə məcbur və borclu deyiləm. Çünki vaxtı ilə DİM-ə, Təhsil nazirliyinə kifəyət qədər kağız daşıyıcıda, elektron formada məktub, müraciət etmişəm və onlara heç bir cavab verilməyib. Düzdür, müəyyən vaxtlarda şəxsi telefon ilə onların əməkdaşları ilə mənə olunan müraciətlərlə bağlı sual ünvanlayanda operativ cavab verib, həll ediblər.
5.DİM iddia edir ki, onların nüfuzuna xələl gətirmişəm. Mən bu məsələ ilə bağlı DİM – in nüfuzuna hanısa bir xələl gətirdiyimi düşünmürəm. Çünki, DİM – in mənə abituriyentin həqiqi nəticəsi ilə bağlı rəsmi sənəd təqdim etməməsinə baxmayaraq, onların möveyinin əks etdirən status yazmışam. Özüdə təkrar yenə də deyirəm ki, onlar mətbuat konfransı keçirənə qədər bu barədə yazmışam”.

K.Əsədov mətbuat nümayəndələrinin konfransda baş verənləri olduğu kimi işıqlandırmadıqlarını bildirib:

“Təəssüf ki, mətbuat konfransında baş verənlərlə bağlı KİV nümayəndələri hər şeyi olduğu kimi işıqlandırmayıblar.
a) Abituriyentin valideyinləri bu məsələdə bütün məlumatlaırn onların razılığı ilə verildiyini və mənim hansısa bir maraq və məqsədimin olmadığını qeyd edib
b) DİM rəhbəri iddia irəli sürdü ki, bəlkə abituriyent ümumiyyətlə qəbul imtahanında iştirak etməyib. Bu iddianı heç bir KİV-də görmədim.
c) Mən mətbuat konfransında DİM – in fəaliyyətindəki şəffaflıq, əlçatımlılıq barədə fikrimi bildirdim.
d) Mən DİM rəhbərliyinə də bu məsələdə hansısa bir məqsəd və marağımın olmadığını, sadəcə olaraq mənə daxil olan müraciətin aydınlaşdırılmasını istədiyimi bildirdim.
e) Valideyinlərin çıxışları, iddiaları təəssüf ki, KİV-də geniş yer almayıb”.

İnterpress.az