Cəlilabadda evdə yanğın –  bir nəfər xəsarət aldıbackend

Cəlilabadda evdə yanğın – bir nəfər xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, Cəlilabad rayonunun Cəfərxanlı kəndində ümumi sahəsi 270 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində aynabəndin tavanı və döşəməsi 30 m² sahədə qismən yanıb.

Yüksək temperaturdan evin 7 ədəd pəncərəsi əriyib.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

İnterpress.az