Sinyavskaya: “Müslümlə birlikdə keçirdiyimiz vaxt bizim üçün çox qiymətli idi”backend

Sinyavskaya: “Müslümlə birlikdə keçirdiyimiz vaxt bizim üçün çox qiymətli idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Əgər Müslüm Maqomayev möcüzə nəticəsində müasir Bakıda olsaydı, onu tanımazdı. Çünki paytaxtda o qədər kardinal dəyişikliklər baş verib, o qədər çiçəklənib və yaxşılaşıb ki\”.

Bu sözləri populyar sovet ifaçısı, SSRİ xalq artisti Tamara Sinyavskaya Sputnik-ə müsahibəsində deyib.

O qeyd edib ki, son illərdə Azərbaycanın paytaxtı xeyli dəyişib: \”İndi bu, Şərqlə Avropanın gözəlliklərini özündə birləşdirən müasir şəhərdir. Baxmayaraq ki, mən köhnə Bakını da, onun babasının adını daşıyan filarmoniyanı da (Müslüm Maqomayev öz bəstəkar babasının ad-soyadını daşıyırdı, Bakı filarmoniyası baba Müslüm Maqomayevin adını daşıyır-red.) çox sevirdim. Köhnə şəhərin bir çox guşələri qorunub saxlanılıb\”.

Müslüm Maqomayev Azərbaycanın paytaxtında anadan olub və Bakıdakı konservatoriyada oxuyub. Lakin Sinyavskayanın da dediyi kimi, o, artıq 19 yaşında Moskvada tanınıb. Məşhurluq ona 1962-ci ildə Kreml Sarayında keçirilən qurultaydakı çıxışı ilə gəlib. Onun həyatı SSRİ dövründə iki şəhərdə keçib, sonra isə iki ölkədə.

Sinyavskaya: "Müslümlə birlikdə keçirdiyimiz vaxt bizim üçün çox qiymətli idi"

\”Əlbəttə, Bakıda onun sevimli yerləri var idi. Ən çox da Xəzər dənizinin sahilindəki məşhur Dənizkənarı bulvarı sevirdi. Şəhərin digər müxtəlif guşələrində də onun sevimli yerləri var idi, indi onları tapmaq çətindir\” — deyə Sinyavskaya bildirib.

Sinyavskaya etiraf edib ki, həyat yoldaşı ilə \”qapalı həyat\” yaşayıb. Bakıda isə \”gözlərdən uzaqda\” dincəliblər: \”Biz Xəzərin sahilinə gedirdik və üzümüzü gizlətməyə çalışırdıq. Çünki bizim həyatımız hamının gözü qarşısında idi, biz həmişə səhnədə idik. Təklikdə keçirdiyimiz vaxt bizim üçün çox qiymətli idi\”.

Artist Azərbaycan paytaxtında tez-tez olur. İki ayda bir dəfə bura gəlməyə çalışır: \”Bu il xeyli müddət bura gələ bilmədim, indi isə alındı. Mən bu günü səbirsizliklə gözləyirdim. Mən hər dəfə bura hansı hisslərlə gedirəm? Hər dəfə sevgi ilə\”.

\”Azərbaycan gözəl ölkə, Müslümün sevimli vətənidir. Biz ər-arvad olandan sonra müəyyən dərəcədə bura mənim də vətənim olub. Burada məni gözləyirlər, qəbul edirlər, sevirlər, Müslümün xatirəsinə dərin ehtiram bəsləyirlər və bütün bunlar, sözsüz ki, mənə xoşdur. Rusiyada da onu sevir və xatırlayırlar\” — Sinyavskaya deyib.

Sovet İttifaqında Müslüm Maqomayevin çoxmilyonlu pərəstişkar ordusu olub. Müğənninin repertuarında 600-dən çox bəstə yer alıb, onun valları nəhəng tirajla çıxıb. Maqomayev özü də istedadlı bəstəkar olub. O, 20-dən artıq mahnının müəllifidir. Bundan əlavə o, \”Nizami\”, \”Oxuyur Müslüm Maqomayev\” və \”Moskva notlarda\” kimi filmlərə də çəkilib.

Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə 65 yaşında vəfat edib.

Sinyavskaya: "Müslümlə birlikdə keçirdiyimiz vaxt bizim üçün çox qiymətli idi"

İnterpress.az