Hərbi Hava Qüvvələrimiz döyüşə tam hazırdır – VİDEObackend

Hərbi Hava Qüvvələrimiz döyüşə tam hazırdır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən​ verilən məlumata görə, Aviasiya vasitələrinin ümumqoşun hissələrinə havadan atəş dəstəyinin həyata keçirilməsi üzrə tapşırıqlar icra edilib.

Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər.

Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən uğurla icra olunub.

Döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.

Taktiki-uçuş məşqlərindən olan görüntüləri sizə təqdim edirik.

İnterpress.az