Bakıda yolun ortasında huşunu itirən süpürgəçi qadın danışdı –  FOTO – VİDEO – YENİLƏNİBbackend

Bakıda yolun ortasında huşunu itirən süpürgəçi qadın danışdı – FOTO – VİDEO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında Suraxanı-Zığ yolunda yolu təmizləyən zaman huşunu itirən süpürgəçi qadın danışıb.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, bu gün səhər saat 10:30 radələrində Zığ-Suraxanı yolunda süpürgəçi işləyən qadın haqqında yayılan məlumatlara aydınlıq gətirib.

O bildirib ki, işini davam etdirən zaman başı gicəllənib: \”Sağolsunlar, gəldilər kömək etdilər. Həkimin yanına apardılar, nə lazımdır bütün köməklik göstərildi. Şükür Allaha. Deyirlər ölmüşəm. Ölüb etməmişəm, sağ-salamatam. Allah qoysa, sabah da işimi davam etdirəcəm\”.

Qeyd edək ki, bu gün səhər saatlarında Suraxanı-Zığ yolunda yolunda təmizlikçi işləyən qadını gün vurduğu deyilirdi.

İnterpress.az

***
11:00

Bakıda yolu təmizləyən süpürgəçi qadını gün vurub.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, hadisə Zığ-Suraxanı yolunda baş verib.

Belə ki, saat 10:30 radələrində Zığ-Suraxanı yolunda süpürgəçi işləyən 45-50 yaşlı qadının halı qəfildən pisləşib. O, müvazinətini itirərək yerə yıxılıb. Şahidlərin sözlərinə görə, qadının halının pisləşməsinə səbəb isə havanın hərarəti olub.

Onun ürəyində problemlərin olduğu bildirilir. \”Maşınla gedirdim. Gördüm ki, qadın ayaq üstə qala bilmir. Əlində də süpürgə. Birdən yıxıldı. Tez maşını salxayıb köməyə gəldim. Mən bura çatanda artıq qadın yerə yıxılmışdı və ağzından köpük gəlirdi. Nəbzin yoxladım deyəsən keçinmişdi. Çox güman ki gün vurub\” – deyə, qadının köməyinə gələn şahidlər deyib.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb.

Qadın xəstəxanaya aparılıb.

Əlavə məlumat veriləcək.

Səid Qərib
İnterpress.az

Bakıda yolun ortasında huşunu itirən süpürgəçi qadın danışdı -  FOTO - VİDEO - YENİLƏNİB

https://youtube.com/watch?v=V0L53dSNVbo