Nigerdə çağırış: Qurban ətini bişirərkən odundan istifadə etməyinbackend

Nigerdə çağırış: Qurban ətini bişirərkən odundan istifadə etməyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Getdikcə ağacların sayı azalan Niger hakimiyyəti səhralaşmanın qarşısını almaq üçün qurban kəsilən heyvanları bişirərkən odundan istifadə etməməyə çağırıb.

Ehtimallara görə, ölkənin paytaxtı Niameydə qurban kəsilən günü bir illik odun ehtiyatının təxminən beşdə biri istifadə olunacaq.

Nigerdə \”Tabaski\” adlandırılan Qurban bayramı günü yalnız paytaxtda 400 minədək qoyunun kəsiləcəyi gözlənilir.

Onları qızartmaq üçün istifadə edilən odunun çəkisi 50 min tona çata bilər.

Nigerdə son illər ərzində yayılan səhralaşma ağacların kəsilməsilə əlaqələndirilir.

Ekologiya idarəsinin rəhbəri Oumaru Alou deyib ki, bayram ərəfəsində odun təchizatının aşırı artmasına yol verməmək üçün paytaxta gətirilən nəqliyyat yoxlanılacaq.

\”Kömürdən istifadə edin\”

O, əhalini kömürdən istifadə etməyə səsləyib.

\”Biz ictimai fikri dəyişdirmək üçün çağırışımızı müxtəlif qruplara çatdırmağa çalışırıq ki, meşələrimizi qoruyub saxlaya bilək\”.

Böyük Səhra sərhədində yerləşən Niger dünyanın ən yoxsul ölkələrindəndir. (bbc)

İnterpress.az