Bu qurum Qurban bayramı günü də işləyəcəkbackend

Bu qurum Qurban bayramı günü də işləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurban bayramı ilə əlaqədar Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan ərazisində avqustun 22-23-ü qeyri-iş günləri olmasına baxmayaraq, avqustun 23-də Dövlət Gömrük Komitəsinin (DGK) bir sıra idarələri işləyəcək.

Bu barədə İnterpress.az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bayram günü DGK-nın Bakı Baş Gömrük İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi, Aksiz Baş Gömrük İdarəsi və Enerji Gömrük İdarəsi tam iş günü fəaliyyət göstərəcək.

Adi günlərdə olduğu kimi idxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamlarının müraciətləri əsasında mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi həyata keçiriləcək.

İnterpress.az