Rəsul Çunayevin rütbəsi artırıldı – FOTObackend

Rəsul Çunayevin rütbəsi artırıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış idmançı Dövlət Sərhəd Xidmətinin baş leytenantı rütbəsini alıb.

“Artıq bir aydır ki, DSX-nın rəisi general-polkovnik Elçin Quliyevin sərəncamı ilə baş leytenant rütbəsinə layiq görülmüşəm. Bu şad xəbəri sizinlə bölüşmək üçün, mən xüsusi bir günü gözləyirdim, və həmin gün yetişdi – 18-08-2018.

Bu gün Azərbaycan sərhədçilərin peşə bayramı günüdür. Başda DSX-nın rəisi general-polkovnik Elçin Quliyev olmaqla, bütün sərhədçiləri ürəkdən təbrik edirəm və işlərində uğurlar arzulayıram”, – R.Çunayev yazıb.

Xatırladaq ki, Rəsul Çunayev 2015-ci ildə leytenant rütbəsi alıb.

Rəsul Çunayevin rütbəsi artırıldı - FOTO

İnterpress.az