Putin avstriyalı nazirin toyunda – FOTObackend

Putin avstriyalı nazirin toyunda – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, səfərin əsas məqsədi Avstriyanın xarici işlər naziri Karin Knayslın nikah mərasimində iştirak etməkdən olub. Avstriyanın Ştiriya əyalətindəki Qamlits qəsəbəsində baş tutan nikah mərasiminə, həmçinin bu ölkənin federal kansleri Sebastian Kurts, vitse-kansler Haynts-Kristian Ştraxe, ölkənin müdafiə və nəqliyyat nazirləri, OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo və digər rəsmi şəxslər, eləcə də müxtəlif ölkələrdən qonaqlar qatılıblar.

Rusiyanın dövlət başçısının avstriyalı biznesmen Volfqanq Maylinqer ilə nikah bağlayan Karin Knayslın nikahında iştirakı Avstriyada və digər Avropa ölkələrində birmənalı qarşılanmayıb. Rusiyaya qarşı sanksiyaların mövcud olduğu dövrdə Avstriya hökumətinin əsas üzvlərindən birinin şəxsi mərasiminə V.Putinin dəvət edilməsini tənqid edənlər, Avstriyanı ümumavropa mövqeyini pozmaqda və Avropada Rusiya Prezidenti üçün dayaq nöqtəsinə çevrilməkdə ittiham ediblər. Nikah mərasimində iştirak edən Avstriyanın müdafiə naziri Marion Kunasek ittihamlara cavab olaraq bildirib ki, V.Putinin şəxsi dəvət əsasında nikah mərasiminə qatılması Avstriyanın xarici işlər nazirinə verilən yüksək dəyərin təcəssümüdür və səsləndirilən tənqidlərin heç bir əsası yoxdur. Ənənəvi olaraq Avstriyanın bütün tərəf müqabilləri ilə ünsiyyəti qorumağı bacardığını qeyd edən M.Kunasek xarici siyasət idarəsinin rəhbəri K.Knayslın öz peşə fəaliyyəti çərçivəsində bu diplomatiyanı həyata keçirdiyini qeyd edib.

Avstriya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada da Rusiya Prezidentinin nikah mərasimində iştirakının şəxsi xarakter daşıdığı və K.Knayslın şəxsi qonağı kimi dəvət olunduğu vurğulanıb.

Nikah mərasimində iştirakdan sonra V. Putin Almaniyanın kansleri Angela Merkel ilə danışıqlar üçün Berlinə yola düşüb. (AZƏRTAC)

Putin avstriyalı nazirin toyunda - FOTO

İnterpress.az