Polşada ukraynalı turistləri daşıyan avtobus aşıb, ölənlər varbackend

Polşada ukraynalı turistləri daşıyan avtobus aşıb, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TVN24 xəbər verir ki, yol-nəqliyyat hadisəsi avqustun 17-də gecə saatlarında Karpatətrafı voyevodalığında, Pşemısl və Sanok şəhərlərini birləşdirən avtomobil yolunda baş verib. Lvovdan Slovakiya ilə sərhədə doğru ekskursiya avtobusunun yamacdan aşdığı bildirilir.

Qəza zamanı avtobusda 54 nəfər olub. Xəsarət alanlar Pşemısl, Lesko və Sanok şəhərinin xəstəxanalarına çatdırılıb. Onlardan 9-nun vəziyyəti ciddidir.

Ukrayna Xarici İşlər Nazirliyindən məlumatı təsdiqləyiblər.

İnterpress.az