Qonşuluqda olay: Deputatın oğlu inanılmaz intihara əl atdıbackend

Qonşuluqda olay: Deputatın oğlu inanılmaz intihara əl atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada keçmiş deputatın oğlu intihar edib.

İnterpress.az xəbər verir ki, Balaşixada gənc qız və oğlan özlərini çoxmərtəbəli evin binasından ataraq ölüblər.

Məlumata görə, gəncin qolunda qandal olub. Güman edildiyinə görə, o, özünü öldürməmişdən öncə qollarına qandal taxıb. Hadisə bu gün səhər saatlarında baş verib.

Məlumata görə, ölən 19 yaşlı Roman Şinqarkin Dövlət Dumasının keçmiş deputatı Maksim Şinqarkinin oğlu olub. Gəncin \”VKontakte\” səhifəsində səhər 9.00-da intihar etmək istəyi qeyd edilib.

\”Məndən kədərli insan alındı. Bu müəyyən faktorların təsiridir. Həyatın mənasını necə axtarmaq yönündə heç bir birmənalı cavab yoxdur\” – deyə gənc qeyd edib.

Gənc Şinqarkinin adı mətbuatda 2017-ci ilin martında korrupsiyaya qarşı keçirilən razılaşdırılmamış mitinqdə iştirakı ilə bağlı çəkilirdi. Mitinq zamanı o Puşkin meydanında işıq fənərinə çıxıbmış. Düşdükdən sonra isə polis tərəfindən saxlanılmışdı. Polis şöbəsindən onu atası çıxara bilmişdi. (Sputnik Az)

İnterpress.az